Zeynəb Xanlarova yenidən səhnədə - VİDEO 

22:54 20.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar səsi-sorağı gəlməyən sabiq deputat, Xalq artisti Zeynəb Xanlarova Azərbaycan Televiziyasının (AzTV) Yeni illə bağlı hazırladığı bayram proqramının çəkilişlərinə qatılıb.

Hafta.az xəbər verir ki, bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, artıq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı konsertinin çəkilişlərinə başlanılıb:


“Builki bayram konserti daha bir özəlliyi ilə diqqət çəkəcək. Belə ki, bayram konsertində tamaşaçılar illər sonra ilk dəfə Azərbaycanın Xalq artisti, korifey sənətkarımız Zeynəb Xanlarovanın ifasını dinləyəcəklər”.